Almaniya və Fransa tərəfləri Ukraynanın şərqində atəşkəsə çağırır

Almaniya və Fransa tərəfləri Ukraynanın şərqində atəşkəsə çağırır Apreldən bəri münaqişədə 5.100 nəfər həlak olub
Digər ölkələr
2 Fevral , 2015 08:14
Almaniya və Fransa tərəfləri Ukraynanın şərqində atəşkəsə çağırır

Bakı. 2 fevral. REPORT.AZ/ Fransa prezidenti Fransua Olland, Almaniya kansleri Angela Merkel və Ukrayna prezidenti Pyotr Poroşenko Ukraynanın şərqində təcili atəşkəsə çağırıblar.

"Report" Azadlıq radiosuna istinadən xəbər verir ki, üç lider telefon söhbətində Ukrayna əsgərləri ilə rusiyapərəst yaraqlılar arasında son döyüşləri müzakirə ediblər. Onlar Minsk danışıqlarının baş tutmamasından təəssüfləndiklərini bildiriblər. Məlumatı Fransa prezidentinin administrasiyası yayıb.

Son günlər hökumətin nəzarətində olan Debaltsevo şəhərinin içində və ətrafında döyüşlər güclənib. Yaraqlılar Ukrayna hərbçilərini mühasirəyə almağa çalışır.

Ukrayna ordusu fevralın 1-də bildirib ki, Debaltseve və münaqişə gedən digər yerlərdə son 24 saat ərzində 13 əsgər ölüb, 20-si yaralanıb. Azı, 17 dinc sakinin də öldüyü bildirilir.

Apreldən bəri münaqişədə 5100 nəfər həlak olub.

Son xəbərlər

Orphus sistemi