Yuxarı

Almaniya üçün nəzərdə tutulan tibbi maska ABŞ-a göndərildi

​Almaniya və ABŞ arasında maska davası

915

Almaniya polisi üçün Çində sifariş olunan 200 min respirator maskaya Banqkokda “əl qoyularaq” ABŞ-a göndərilib.

“Report” xəbər verir ki, bu barədə Almaniyanın “Tagesspiegel” qəzeti yazıb.

“Bunu müasir piratlıq aktı hesab edirik. Trans-Atlantik tərəfdaşlarla belə iş qurmazlar. Heç olmasa, pandemiya dövründə “Vəhşi Qərb metodları” işləməsin”, - Berlinin daxili işlər üzrə senatoru Andreas Qeyzel deyib.

Nəşr yazır ki, Berlinin sifariş etdiyi tibbi maskalar Çində fəaliyyət göstərən ABŞ şirkətinin fabrikində hazırlanıb. Malların Banqkok hava limanında yenidən yüklənərək Almaniyaya hava yolu ilə çatdırılacağı ehtimal olunsa da, ABŞ onlara “əl qoyub”. Qəzet ABŞ Prezidenti Donald Trampın son günlərdə dəfələrlə ölkədə maska qıtlığı yaşandığını da materiala əlavə edib.

Ancaq Ağ Ev tibbi maskaların qanunsuz müsadirə edilməsi ilə bağlı iddiaları rədd edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi