Almaniyada terrorçu PKK-nın iki şirkəti bağlanıb

Almaniyada terrorçu PKK-nın iki şirkəti bağlanıb Bakı. 12 fevral. REPORT.AZ/ Almaniyada terrorçu PKK qruplaşmasına məxsus olan iki şirkət bağlanıb.
Digər ölkələr
12 Fevral , 2019 13:05
Almaniyada terrorçu PKK-nın iki şirkəti bağlanıb

Bakı. 12 fevral. REPORT.AZ/ Almaniyada terrorçu PKK qruplaşmasına məxsus olan iki şirkət bağlanıb.

“Report” “Hürriyet”ə istinadən xəbər verir ki, məlumatı ölkənin Daxili İşlər Nazirliyi yayıb.

Bildirilib ki, Almaniyanın daxili işlər naziri Horst Sihoferin təlimatı əsasında terrorçu PKK qruplaşması ilə əlaqəsi olan “Mezopotamya Yayın evi” və “MİR Multimedia” şirkətinin fəaliyyəti qadağan edilib.

Fevralın 12-də səhər saatlarında Şimali Ren Vestfal və Aşağı Saksoniya əyalətlərində şirkətə aid bəzi ofislərdə axtarış-əməliyyat tədbirləri keçirilib, bir çox material müsadirə olunub. H.Sihofer PKK-nın Almaniyada qadağan edilmiş terror qruplaşması olmasına baxmayaraq, ölkədə fəal olduğunu vurğulayıb. O bildirib ki, qruplaşmanın hüquqi müstəvidə fəaliyyətinin qadağan olunması vacibdir.

Bağlanan “Mezopotamya Yayın evi” və “MİR Multimedia” şirkətləri Almaniyada fəaliyyət göstərərək, terrorçu PKK-nı təbliğ ediblər. Onlar satdıqları mallardan əldə etdikləri gəlirlə bu terrorçu qruplaşmanın maliyyələşməsinə yardım göstəriblər. Adıçəkilən şirkətlər “terrorçu qruplaşmaların təşkilatlanmasına yardım” etdikləri, “xalqlararası barışa qarşı fəaliyyət göstərdikləri” üçün bağlanıb.

“Mezopotamya Yayın evi” və “Dağıtım şirkət”i Türkiyədə ömürlük həbs cəzası çəkən PKK başçısı Abdullah Öcalanın kitablarını çap edib, qruplaşmaya yaxın olan satış mərkəzləri vasitəsilə satışa çıxararaq yayıb. “MİR Multmedia” isə kürd dilində mahnı albomları hazırlayıb, satırmış. Əldə etdikləri gəliri isə terorçu PKK-ya göndərirmişlər. 

Qeyd edək ki, 1993-cü ildə terrorçu PKK qruplaşmasının Almaniyada fəaliyyəti qadağan edilib. 2018-ci ildə isə qəbul olunan yeni qanuna görə onun fəaliyyəti ilə bağlı məhdudiyyət genişləndirilib. Almaniya kəşfiyyatının məlumatına görə, ölkədə, təxminən, 14 min 500 PKK-çı yaşayır. ABŞ və Avropa İttifaqı bu qruplaşmanı terrorçu təşkilatlar siyahısına daxil edib.

Son xəbərlər

Orphus sistemi