Almaniyada qatarların toqquşması nəticəsində 8 nəfər ölüb, 150 nəfər yaralanıb - YENİLƏNİB

Almaniyada qatarların toqquşması nəticəsində 8 nəfər ölüb, 150 nəfər yaralanıb - YENİLƏNİB Toqquşma nəticəsində bir neçə vaqon relsdən çıxıb
Digər ölkələr
9 Fevral , 2016 12:41
Almaniyada qatarların toqquşması nəticəsində 8 nəfər ölüb, 150 nəfər yaralanıb - YENİLƏNİB

Bakı. 9 fevral. REPORT.AZ/ Bavariyada iki regional qatarın toqquşması nəticəsində 8 nəfər ölüb, 150 nəfər yaralanıb. "Report" xəbər verir ki, bu barədə Almaniya Federal Polisi məlumat verib.

***12:11

Almaniyanın Bavariya federal torpağında iki qatarın toqquşması nəticəsində ən azı 100 nəfər yaralanıb, ölənlər var.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə Rozenhaym şəhərinin polis əməkdaşı məlumat verib.

Onun sözlərinə görə, iki qatarın frontal toqquşması baş verib və nəticədə bir neçə vaqon relsdən çıxıb.

İlkin məlumatlara görə, ölənlərin sayı dörd nəfərdir.

Son xəbərlər

Orphus sistemi