Yuxarı
    Bağlamaq

    Almaniya polisi "Vyanalı terrorçu"nun cinayət ortağını həbs edib

    Saxlanılan şəxs bir sıra cinayət əməllərini planlaşdırmaqda şübhəli bilinir

    Bakı. 23 yanvar. REPORT.AZ/ Almaniya polisi "Vyanalı terrorçu"nun cinayət ortağı hesab olunan şəxsi həbs edib.

    "Report" xəbər verir ki, bu barədə "Deutsche Welle" məlumat yayıb.

    Məlumatda bildirilir ki, o, Noys şəhərində həbs edilib. Saxlanılan şəxs bir sıra cinayət əməllərini planlaşdırmaqda şübhəli bilinir.

    Şimali Reyn-Vestfaliyanın Kriminal Polis idarəsinin rəsmisi bildirib ki, şübhəli şəxs milli təhlükəsizliyi təhdid edirmiş. O, bir sıra ağır cinayətlər törətməyə hazırlaşırmış.

    Bundan əlavə,  saxlanılan şəxs Almaniya polisi və ordusunun bir sıra inzibati obyektlərində partlayışlar törətməyi planlaşdırıb.

    "DPA" agentliyi isə prokurorluq nümayəndəsinə istinadən "Vyanalı terrorçu"nun şübhəli şəxsin Noysdakı evində gecələdiyini xəbər verib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi