Almaniya nağd vəsaitlərlə əməliyyatlara limit qoymaq niyyətindədir

Almaniya nağd vəsaitlərlə əməliyyatlara limit qoymaq niyyətindədir Almaniyanın Maliyyə Nazirliyi limitin 5 min avro səviyyəsində olmasını təklif edir
Digər ölkələr
3 Fevral , 2016 14:14
Almaniya nağd vəsaitlərlə əməliyyatlara limit qoymaq niyyətindədir

Bakı. 3 fevral. REPORT.AZ/ Almaniya hökuməti nağd vəsaitlərlə əməliyyatların həcminə limit qoyulması məsələsini nəzərdən keçirir.

"Report" TASS-a istinadən xəbər verir ki, Almaniyanın "Frankfurter Allgemeine Zeitung" qəzeti belə məlumat yayıb.

Məlumata görə, ölkənin Maliyyə Nazirliyi limitin 5 min avro səviyyəsində olmasını təklif edir. Bu rəqəmdən artıq məbləğlər üzrə isə əməliyyatlar bank vasitəsilə həyata keçirilməlidir.

Nəşr belə bir addımın atılmasına gətirib çıxaran səbəblərdən biri kimi beynəlxalq terrorizmə qarşı mübarizəni göstərir. Belə ki, terrorçuların böyük məbləğdə nağdsız ödənişlərini izləmək çətindir.

Qəzet Maliyyə Nazirliyinin Parisdəki terror aktlarından sonra daha bir təhlükəsizlik tədbiri işləyib hazırlamaq istədiyini və bu səbəbdən belə limitin tətbiqinin nəzərdən keçirildiyini də yazıb.

Son xəbərlər

Orphus sistemi