Yuxarı

Almaniya Müdafiə Nazirliyinin əməkdaşı casusluqda şübhəli bilinir

Almaniya Müdafiə Nazirliyi əməkdaşı casusluqda şübhəli bilinib

Bakı. 15 yanvar. REPORT.AZ/ Almaniya Müdafiə Nazirliyinin (bundesvehr) əməkdaşı Əbdül Həmid bir neçə il ərzində ən məxfi məlumatları İranın gizli xidmət orqanlarına ötürməkdə şübhəli bilinərək saxlanılıb.

“Report” “Deutsche Welle”yə istinadən xəbər verir ki, ölkəşünaslıq və dilçilik məsləhətçisi vəzifəsində çalışan, həm Almaniya, həm də Əfqanıstan vətəndaşı olan, 50 yaşlı Ə.Həmidin həbsi üçün Federal Prokurorluq tərəfindən hələ ötən ilin dekabrın 6-da order verilmişdi.

“Der Spiegel”ə görə, iş vəzifəsilə əlaqədar olaraq, şübhəli Əfqanıstandakı hərbi əməliyyatlar da daxil olmaqla bir çox mühüm məlumatları əldə etmək imkanına malik olub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi