Bakı. 10 yanvar. REPORT.AZ/ Almaniyanın keçmiş prezidenti Roman Hersoq 82 yaşında vəfat edib.
“Report” “Spiegel”ə istinadən xəbər verir ki, sabiq dövlət başçısının dəfni dövlət səviyyəsində təşkil ediləcək.
Qeyd edək ki, R.Hersoq Almaniyanın 7-ci prezidenti olub. O, 1994-1999-cu illərdə bu postu tutub.