Bakı. 6 fevral. REPORT.AZ/ Almaniya kansleri Angela Merkel və Fransa prezidenti Fransua Olland Rusiyada səfərdədir. Onların təyyarələri on dəqiqəlik fərqlə Vnukovo-2 hava limanına enib.
"Report"un "ASS"a istinadən verdiyi məlumata görə, Moskvada A.Merkel və F.Ollanda Rusiya prezidenti Vladimir Putinlə keçiriləcək üçtərəfli görüş çərçivəsində Ukraynadakı vəziyyəti müzakirə edəcəklər.
Xatırladaq ki, A.Merkel və F.Olland Kiyevdə Ukrayna prezidenti Pyotr Poroşenko ilə görüşdükdən sonra Moskvaya gəliblər.