Yuxarı

Almaniya İranla danışıqların aparılmasının tərəfdarıdır

​Almaniya İranla danışıqların aparılmasının tərəfdarıdır

“ABŞ və Avropa İranla münasibətlərdə fərqli yanaşma aparır. Yaxın Şərqdə vəziyyətin gərginləşməsinin qarşısını almaq üçün danışıqlar aparılmalıdır”.

“Report” xəbər verir ki, bunu Almaniyanın xarici işlər naziri Heiko Maas “Bild” nəşrinə müsahibəsində bildirib. O, qeyd edib ki, ABŞ İranla birtərəfli qaydada nüvə haqqında razılaşmadan çıxaraq maksimum təzyiq siyasətinə keçdi:

“Fransa, Böyük Britaniya və Almaniya İranın nüvə silahı əldə etməsinin qarşısını almaq üçün razılaşmanın qüvvədə saxlanılmasının tərəfdarıdır”.

XİN rəhbəri müsahibəsində İrana qarşı tətbiq edilən siyasi və iqtisadi sanksiyaları müsbət qarşılasa da hərbi və təhdid üsulunu mənasız hesab edib:

“Təhdidlər və hərbi eskalasiya heç nəyi dəyişmədi. Yaxın Şərqdə daha bir “yanğının” başlamasının qarşısını almaq istəyirik. Qərb gərginliyə deyil, diplomatiyaya güvənir. Və Tehranda rejim xaricdən dəyişdikdə vəziyyətin dərhal yaxşılaşacağını iddia etməməliyik. İraqda vəziyyət hələ də gərgindir”.

Nazir əlavə edib ki, razılaşma olmadan İran yəqin ki, artıq nüvə silahına sahib olmuşdu: “Buna görə də, qaydalar əsasında vəziyyəti idarəetmək üçün razılaşma çox vacibdir. Atom Enerjisi Təşkilatı İranda apardığı yoxlama qədər dünyanın heç bir ölkəsində yoxlama aparmayıb”.

Maas bildirib ki, İran vətəndaşlarının vəziyyətini yaxşılaşdırmaq üçün ölkə rəhbərliyi ilə dialoq aparılmalı və onlardan insan haqlarına hörmət etmələri tələb olunmalıdır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi