Yuxarı

Almaniya hərbi xərclərini artırır

Bakı. 15 fevral. REPORT.AZ/ Almaniya hökuməti müdafiə xərclərini ÜDM-in 2 faizi səviyyəsinə çatdırmağı qarşıya məqsəd qoyub.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə ölkənin müdafiə naziri Ursula fon der Leyen Münhen Təhlükəsizlik Konfransında bildirib.

“Biz avropalılar tərəziyə daha çox yük qoymalıyıq. Almaniya hökumətinin NATO-ya vəd etdiyi, bizim koalisiya sazişimizdə təsbit olunduğu kimi, müdafiə xərclərimizi 2 faiz səviyyəsinə çatdırmaq məqsədinə doğru irəliləyirik”, - deyə nazir vurğulayıb.

Xatırladaq ki, bu gün Münhendə illik beynəlxalq təhlükəsizlik konfransı açılıb. Budəfəki konfransın daha çox ABŞ Prezidenti Donald Tramp tərəfindən dəfələrlə irəli sürülən tələbə baxmayaraq, müdafiə xərclərini ÜDM-in 2 faizi səviyyəsinə çatdırmadıqları üçün ABŞ-nın NATO-dakı tərəfdaşlarına qarşı sərt tənqidlərlə yadda qalacağı güman edilir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi