Yuxarı

Almaniya "Facebook"u istifadəçilərin məlumatlarının qorunmasını gücləndirməyə çağırıb

Almaniya "Facebook"u istifadəçilərin məlumatlarının qorunmasını gücləndirməyə çağırıb

Bakı. 3 may. REPORT.AZ/ Almaniyanın Ədliyyə Nazirliyi "Facebook" şirkətini sosial şəbəkə istifadəçilərinin şəxsi məlumatlarının qorunması üzrə əlavə tədbirlər görməyə çağırıb.

“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə ədliyyə naziri Katarin Barli tərəfindən "Facebook" rəhbəri Mark Sukerberqə ünvanlanan məktubda deyilir.

Barlinin sözlərinə görə, "Facebook" əvvəllər məlumatların qorunması, xüsusilə də istifadəçi sazlamaları sahəsində optimallaşdırılmanın aparılmasına başlandığını elan etmişdi və bu, "yaxşı başlanğıcdır".

"Lakin dəyişikliklərin həyata keçirilməsi prosesi mümkün qədər tez reallaşdırılmalıdır", - deyə məktubda bildirilir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi