Almaniya Berlində terror aktını törətmiş şəxs barədə məlumat verənə 100 min avro mükafat vəd verib

Almaniya Berlində terror aktını törətmiş şəxs barədə məlumat verənə 100 min avro mükafat vəd verib Amrinin həmçinin iki şəkili idarənin veb-saytında yerləşdirilib
Digər ölkələr
21 Dekabr , 2016 23:51
Almaniya Berlində terror aktını törətmiş şəxs barədə məlumat verənə 100 min avro mükafat vəd verib

Bakı. 21 dekabr. REPORT.AZ/ Almaniyanın hüquq-mühafizə orqanları paytaxt Berlində baş vermiş terror aktında iştirakda şübhəli bilinən terrorçu haqqında məlumat verən şəxsə 100 000 avro (104260 dollar) məbləğində mükafat vəd edib.

"Report" xarici mətbuata istinadən xəbər verir ki, terror aktına iştirakda şübhəli bilinən Tunis vətəndaşı, 24 yaşlı Anis Amirinın silahlı və təhlükəli olduğu bildirilir.

Federal Prokurorluq İdarəsi bəyanatında bildirib ki, polisin verdiyi dəstəklə Almaniyanın 16 federal bölgəsində Amiri axtarır.

"Terrorçuluqda şübhəli bilinən şəxs Amrinin boyu 178 santimetr, çəkisi təxminən 75 kq-dır. Qara saçlara və qonur gözlərə malikdir" – deyə prokurorluğun bəyanatında bildirilir.

"Ehtiyatlı olun, o, silahlı ola bilər və təhlükəlidir!" – deyə Federal Prokurorluğun xəbərdarlığında vurğulanır.

Amrinin həmçinin iki şəkili idarənin veb-saytında yerləşdirilib.

Son xəbərlər

Orphus sistemi