Almaniya Baş Prokurorluğu "Borussiya"nın futbolçularının olduğu avtobusa hücumu araşdırmağa başlayıb

Almaniya Baş Prokurorluğu "Borussiya"nın futbolçularının olduğu avtobusa hücumu araşdırmağa başlayıb Almaniyanın əsas dövlət ittihamçısı yalnız terrorizm və zorakı ekstremizmlə bağlı işlərə baxır
Digər ölkələr
12 Aprel , 2017 12:35
Almaniya Baş Prokurorluğu Borussiyanın futbolçularının olduğu avtobusa hücumu araşdırmağa başlayıb
Pinterest

Bakı. 12 aprel. REPORT.AZ/ Almaniyanın Baş Prokurorluğu "Borussiya" (Dortmund) futbol klubunun oyunçularının olduğu avtobusa edilmiş hücumun istintaqına qoşulub.

"Report" TASS-a istinadən xəbər verir ki, Baş Prokurorluq yalnız xüsusi ağır və geniş əks-səda doğuran cinayətləri araşdırır. Həmçinin Almaniyanın əsas dövlət ittihamçısı yalnız terrorizm və zorakı ekstremizmlə bağlı işlərə baxır.

Hazırda hüquq-mühafizə orqanları Dortmunddakı partlayışla bağlı bütün versiyaları nəzərdən keçirir. 

Son xəbərlər

Orphus sistemi