Almaniya polisi məscidlərdə terror aktları planlaşdıran şübhəliləri həbs edib

Almaniya polisi məscidlərdə terror aktları planlaşdıran şübhəliləri həbs edib 3 kişi və 1 qadın məscidlərdə və qaçqınlar üçün mərkəzlərdə terror aktlarının planlaşdırılmasında şübhəli bilinib
Digər ölkələr
6 May , 2015 14:31
Almaniya polisi məscidlərdə terror aktları planlaşdıran şübhəliləri həbs edib

Bakı. 6 may. REPORT.AZ/ Almaniyanın hüquq-mühafizə orqanları mayın 6-da bir sıra federal torpaqlarında sağ ekstremist qruplaşmaları nümayəndələri  güman edilən şəxslərin mənzillərində axtarışlar aparıb. Bu barədə "Report" "TASS"a istinadən xəbər verir.

Nəticədə 4 nəfər saxlanılıb. 

Axtarışlar bu gün səhər Bavariya, Saksoniya, Şimali Reyn-Vestfaliya, Reynland-Pfalts və Meklenburq-Ön Pomeraniya bölgələrdəki mənzillərdə aparılıb. 3 kişi və 1 qadın  "Oldschool Society" (OSS) terror təşkilatının yaradılmasında, məscidlərdə və qaçqınlar üçün mərkəzlərdə terror aktlarının planlaşdırılmasında şübhəli bilinib.

İstintaq tədbirlərinə hüquq-mühafizə orqanlarının 250 əməkdaşı cəlb olunub.

Son xəbərlər

Orphus sistemi