Aleksandr Lukaşenkonun kiçik oğlu prezident olmaq istəmədiyini bildirib

Aleksandr Lukaşenkonun kiçik oğlu prezident olmaq istəmədiyini bildirib Nikolay Lukaşenko: "Həkim və ya hərbçi karyerası barədə düşünürəm"
Digər ölkələr
26 Dekabr , 2016 10:38
Aleksandr Lukaşenkonun kiçik oğlu prezident olmaq istəmədiyini bildirib

Bakı. 26 dekabr. REPORT.AZ/ Belarus prezidenti Aleksandr Lukaşenkonun kiçik oğlu - Nikolay Lukaşenko gələcəkdə ölkə prezidenti olmaq istəmədiyini bildirib.

"Report" xəbər verir ki, "Belarus-1 telekanalına müsahibəsində kiçik Lukaşenko belə çətin həyata hazır olmadığını söyləyib.

N.Lukaşenkonun sözlərinə görə, o, hələ ki, gələcək peşəsini seçməyib, amma həkim və ya hərbçi karyerası barədə düşünür.

Qeyd edək ki, Belarus prezidenti tez-tez xaricə səfərləri zamanı kiçik oğlunu yanında aparır. N.Lukaşenko atasının Azərbaycana səfəri zamanı da onu müşayiət edib.

Son xəbərlər

Orphus sistemi