Albaniyada zəlzələ olub, onlarla insan xəsarət alıb

Albaniyada zəlzələ olub, onlarla insan xəsarət alıb Albaniyada 5,6 bal gücündə zəlzələ olub.
Digər ölkələr
21 Sentyabr , 2019 21:28
Albaniyada zəlzələ olub, onlarla insan xəsarət alıb

Albaniyada 5,6 bal gücündə zəlzələ olub.

Bu barədə "Report" yerli "İefimerida.gr" nəşrinə istinadən xəbər verir.

Məlumata görə, iki dəfə müşahidə edilmiş yeraltı təkanlar nəticəsində 44 nəfər xəsarət alıb. Zəlzələ zamanı habelə azı 10 bina zədələnib. Təbii hadisə nəticəsində həmçinin xeyli sayda binaya zərər dəyib. 

Bildirilir ki, zəlzələnin episentri Durres şəhərindən 6 kilometr şimalda, zəlzələ ocağı 10 kilometr dərinlikdə yerləşib. Təbii hadisə ən çox Tiranadan 10 kilometr məsafədə yerləşən Helmes qəsəbəsinə zərər vurub. Burada elektrik və mobil əlaqə şəbəkələrinə ziyan dəyib. 

Zəlzələ Yunanıstanın Kerkir adasında da hiss edilib. 

Son xəbərlər

Orphus sistemi