Yuxarı

Albaniyada baş vermiş zəlzələlər zamanı 100-dən çox insan xəsarət alıb

​Albaniyada baş vermiş zəlzələlər zamanı 100-dən çox insan xəsarət alı

Albaniyada iki dəfə qeydə alınan güclü zəlzələ və davam edən təkanlar 105 nəfərin xəsarət almasına səbəb olub. “Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə Albaniyanın “Daily News” portalı məlumat yayıb.

Afina Universiteti Seysmoloji Laboratoriyası zəlzələnin gücünün əvvəlcə 5,6 bal gücündə olduğunu, daha sonra 6,0 səviyyəsinə yüksəldiyini bildirib. Zəlzələnin episentri Durres şəhərindən altı kilometr şimalda, onun ocağı isə 10 kilometr dərinlikdə qeydə alınıb.

Həkimlərin bildirdiyinə görə, tibbi yardım üçün ümumilikdə 105 nəfər müraciət edib. Onların böyük əksəriyyəti evə buraxılıb.

Qeyd olunub ki, zəlzələ nəticəsində Tiranadakı binalar ziyan görüb. Belə ki, kərpic və divarların hissələri avtomobillərin üstünə düşüb. Sahilyanı şəhər olan Durresdə də evlərə ciddi ziyan dəyib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi