Bakı. 16 oktyabr. REPORT.AZ/ Albaniyanın cənubunda, Yunanıstanla sərhəd Kakavije kəndi ərazisində 5,3 bal gücündə zəlzələ baş verib.
"Report" xarici mətbuata istinadən xəbər verir ki, zəlzələnin episentri Kakavije kəndində olub.
Yeraltı təkanlar paytaxt Tiranada, Avlonyada, Korçada, Sarandada və Ergiri şəhərlərində hiss edilib.
Rəsmi qurumlar dağıntı və ya tələfat barəsində məlumat verməyiblər.