Robert De Niro Trampı parodiya etməməsinin səbəbini açıqlayıb

Robert De Niro Trampı parodiya etməməsinin səbəbini açıqlayıb Bakı. 13 yanvar. REPORT.AZ/ Amerika aktyoru Robert De Niro Almaniyanin Bild nəşrinə müsahibə verib.
Digər ölkələr
13 Yanvar , 2019 05:38
Robert De Niro Trampı parodiya etməməsinin səbəbini açıqlayıb

Bakı. 13 yanvar. REPORT.AZ/ Amerika aktyoru Robert De Niro Almaniyanin "Bild nəşrinə müsahibə verib.

"Report" xəbər verir ki, aktyor Donald Trampın ölkəyə rəhbərliyi şəraitində Birləşmiş Ştatların taleyindən narahat olduğunu bildirib.

De Niro Trampın hakimiyyəti ilə bağlı olan məmurların parodiyalarında iştirak edib. O, "Rusiya işi" üzrə xüsusi prokuror Robert Mülleri parodiya edib.

"Trampı oynamaq üçün mənim rəğbətim çatmır", - deyə De Niro ABŞ prezidentini parodiya etməməsinin səbəbini açıqlayıb.

Daha əvvəl məlum olub ki, Robert De Niro azərbaycanlı sahibkarın ticarət mərkəzində restoran açıb. 

Son xəbərlər

Orphus sistemi