​Aktobedə terror aktlarına dair iş üzrə axtarışda olanların hamısı saxlanılıb

​Aktobedə terror aktlarına dair iş üzrə axtarışda olanların hamısı saxlanılıb Cinayətkarların olduğu ehtimal edilən yerlər barədə məlumat əldə edilib
Digər ölkələr
12 İyun , 2016 10:24
​Aktobedə terror aktlarına dair iş üzrə axtarışda olanların hamısı saxlanılıb

Bakı. 12 iyun. REPORT.AZ/ Qazaxıstanın hüquq-mühafizə orqanları xüsusi əməliyyat zamanı Aktobedə silahlı hücumda şübhəli bilindiklərinə görə axtarışa verilən son üç nəfəri yaxalaya bilib.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə bazar günü respublikanın Milli Təhlükəsizlik Komitəsi məlumat yayıb.

Bundan öncə Aktübinski vilayətində sözügedən hadisələrdə şübhəli bilinən iki nəfərin saxlandığı barədə məlumat verilmişdi.

Anti-Terror Mərkəzinin məlumatına görə, "yerdə qalan cinayətkarların Jamankulov – Puşkin küçələrinin kəsişdiyi ərazidə olması ehtimalına dair məlumat əldə olunub, yoxlama zamanı bu öz təsdiqi tapıb".

"Görülən tədbirlər sayəsində Kuanışbayev, Tanatarov və Akpanbetov saxlanılıb. Qaçmaq istəyən zaman Akpanbetov ayağından odlu silah yarası alıb", — deyə məlumatda bildirilir.

Xüsusi əməliyyat zamanı iyunun 5-də "Pallada" mağazasına hücum zamanı oğurlanan iki ədəd silah götürülüb.

İyunun 5-də bir qrup silahlı şəxs Aktobedə iki silah mağazası və bir hərbi hissəyə hücum edib. Nəticədə 6 nəfər öldürülüb, 10 nəfərdən çox insan yaralanıb. Bundan əvvəl verilən məlumata görə, hücum edən ekstremistlərdən 13 nəfəri öldürülüb, 4-ü yaralanıb, 7 nəfər axtarışdadır.

Son xəbərlər

Orphus sistemi