Avropa Komissiyası sədri avrokomissarların siyahısı layihəsini təsdiqləyib

Avropa Komissiyası sədri avrokomissarların siyahısı layihəsini təsdiqləyib Avropa Komissiyasının (AK) yeni seçilmiş sədri Ursula fon der Lyayen Avropa İttifaqı Şurası tərəfindən ona təqdim edilmiş AK üzvlərinin siyahısı layihəsinə razılıq verib.
Digər ölkələr
9 Sentyabr , 2019 18:00
Avropa Komissiyası sədri avrokomissarların siyahısı layihəsini təsdiqləyib
Reuters

Avropa Komissiyasının (AK) yeni seçilmiş sədri Ursula fon der Lyayen Avropa İttifaqı Şurası tərəfindən ona təqdim edilmiş AK üzvlərinin siyahısı layihəsinə razılıq verib.

"Report" "İnterfaks"a istinadən xəbər verir ki, bu barədə AK-nın Mətbuat xidmətinin kommünikesində deyilir.

Fon der Lyayenin sabah rəsmi olaraq AK üzvləri arasında portfel bölgüsünü edəcəyini və növbəti Avropa Komissiyasının işini necə təşkil etmək niyyətində olduğunu açıqlayacağı gözlənilir.

AK-da Aİ-nin hazırkı xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Mogerininin İspaniyadan olan namizəd Jozep Borrel ilə əvəz ediləcəyi gözlənilir.

Həmçinin qeyd olunur ki, AK-nın genişlənmə və qonşuluq siyasəti üzrə komissarı Yohannes Han ikinci müddətə fəaliyyətini davam etdirəcək.

AK-nın yeni heyətində Böyük Britaniya olmadan 27 ölkə təmsil olunub.

Son xəbərlər

Orphus sistemi