Yuxarı

Airbus 2030-cu ilə qədər ekoloji cəhətdən təmiz təyyarə hazırlaya bilər

​Airbus 2030-cu ilə qədər ekoloji cəhətdən təmiz təyyarə hazırlaya bil

Airbus konserni 2030-cu ilədək ətraf mühiti çirkləndirməyən təyyarə hazırlaya bilər.

“Report” un məlumatına görə, bu barədə “Bloomberg” “Airbus ExO Alpha” şirkətinin icraçı direktoru Sandra Şefferə istinadən xəbər verib.

Mövcud məlumatlara görə, söhbət regional uçuşları həyata keçirəcək 100 yerlik təyyarədən gedir.

Agentlik həmçinin qeyd edib ki, əldə edilən razılaşmaya əsasən əsas təyyarə istehsalçıları 2050-ci ilə qədər karbon tullantılarını iki dəfəyədək azaldacaq.

Sandra Şefferin sözlərinə görə, hazırda 2050-ci ildə öhdəliklərin yerinə yetirilməsi üçün vahid konsepsiya mövcud deyil, lakin bütövlükdə bu nəticəni əldə etməyə imkan verən bir neçə üsul mövcuddur.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi