​"Air Arabia"ya məxsus təyyarə partlayış təhlükəsi ilə əlaqədar təcili eniş edib

​"Air Arabia"ya məxsus təyyarə partlayış təhlükəsi ilə əlaqədar təcili eniş edib Sərnişinlərə heç bir təhlükə yoxdur, onların arasında zərərçəkən olmayıb
Digər ölkələr
4 May , 2015 03:45
​Air Arabiaya məxsus təyyarə partlayış təhlükəsi ilə əlaqədar təcili eniş edib

Bakı. 4 may. REPORT.AZ/ "Air Arabia" aviaşirkətinə məxsus təyyarə partlayış təhlükəsi ilə əlaqədar olaraq Birləşmiş Ərəb Əmirliklərinin "Minhad" bazasına təcili eniş edib.

"Report" xəbər verir ki, bu barədə "Əl-Arabiyyə" telekanalı məlumat yayıb.

Təyyarədə bomba olması xəbərini heyət üzvlərinə göyərtədə olan sərnişinlərdən biri verib.

Hazırda bütün zəruri təhlükəsizlik tədbirləri görülüb. Sərnişinlər təhlükəsizlikdədirlər, onların arasında zərərçəkən olmayıb.

Son xəbərlər

Orphus sistemi