Bakı. 7 mart. REPORT.AZ/ Aİ - Türkiyə sammiti bu gün Brüsseldə keçiriləcək. "Report" xəbər verir ki, sammitin əsas mövzusu Avropada miqrasiya böhranı olacaq.
Aİ-Türkiyə sammiti ərəfəsində Almaniya kansleri Angela Merkel rəsmi Ankara qarşısında qoyacağı məsələləri dilə gətirib. Sammitdə qaçqınlarla bağlı vəziyyəti həll etmək üçün Türkiyəyə birdəfəlik 3 milyard avro ödəniş edilməsi məsələsi nəzərdən keçiriləcək.
Aİ liderləri Türkiyənin baş naziri Əhməd Davudoğlu ilə bu ölkənin ərazisindən Avropaya miqrantların axınının məhdudlaşdırılması məsələsini müzakirə edəcək.
Sammitdən sonra isə Aİ-yə üzv 28 dövlət və hökumət başçılarının təcili görüşü keçiriləcək. Görüşdə miqrasiya böhranı məsələsi müzakirə ediləcək.