Aİ Şimali Koreyaya qarşı sanksiyaların müddətini uzadıb

Aİ Şimali Koreyaya qarşı sanksiyaların müddətini uzadıb Avropa İttifaqı (Aİ) ABŞ-dan nümunə götürərək Şimali Koreyaya qarşı sanksiyaların müddətini uzatmaq qərarına gəlib.
Digər ölkələr
16 İyul , 2019 04:49
Aİ Şimali Koreyaya qarşı sanksiyaların müddətini uzadıb

Avropa İttifaqı (Aİ) ABŞ-dan nümunə götürərək Şimali Koreyaya qarşı sanksiyaların müddətini uzatmaq qərarına gəlib.

“Report” xəbər verir ki, bu barədə Aİ Şurasının müvafiq bəyanatına istinadən RİA "Novosti" məlumat yayıb.

Bildirilir ki, sanksiya tədbirləri yenidən KXDR-in fiziki və hüquqi şəxslərinə şamil ediləcək. Onların tətbiq edilmə səbəbi ölkədə nüvə silahı və ballistik raket istehsalıdır.

Sənəddə bildirilir ki, Şura 57 fiziki və 9 hüquq şəxs üçün aktivləri əlçatan etməmək və hərəkət etmək məhdudiyyətini aradan qaldırmamaq barədə qərar qəbul edib.

Aİ-nin sanksiya siyahısında həmçinin BMT Təhlükəsizlik Şurasının əvvəllər xatırlatdığı KXDR-dən olan 80 fizki və 75 hüquqi şəxsin də adı keçir.

Daha əvvəl ABŞ-ın Şimali Koreyaya qarşı sanksiyaların müddətini uzatdığı məlum olub.

Son xəbərlər

Orphus sistemi