Yuxarı

XİN başçısı: “Aİ “Şərq tərəfdaşlığı” ölkələri arasında daha yüksək səviyyədə əməkdaşlıq görmək istəyir”

“Aİ “Şərq tərəfdaşlığı” ölkələri arasında daha yüksək səviyyədə əməkda

Avropa İttifaqı “Şərq tərəfdaşlığı” ölkələri arasında əməkdaşlığın daha da yüksək səviyyəyə qaldırılmasını dəstəkləyir və təşviq edir”.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, bunu Tbilisidə keçirilən “İndi nə?” beynəlxalq konfransda Slovakiyanın xarici işlər naziri Miroslav Layçak bildirib.

Onun sözlərinə görə, qarşılıqlı əməkdaşlıq Avropa dəyərləri, prinsipləri və məqsədlərinə əsaslanmalıdır: “Bu, bizim proqramın ikinci mərhələsində görmək istədiyimizdir. Proqramın ikinci mərhələsində üzv ölkələr arasında əlaqələrin gücləndirilməsinə diqqət verilməlidir”.

XİN başçısı qeyd edib ki, “Şərq tərəfdaşlığı” proqramının yekun nəticəsi barədə az danışılmalıdır: “Bu proqramla bağlı daha çox praktiki əməkdaşlıq barədə danışmaq lazımdır”.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi