​Avropa İttifaqının rəhbərliyi "brexit"lə bağlı birgə bəyanat yayıb

​Avropa İttifaqının rəhbərliyi "brexit"lə bağlı birgə bəyanat yayıb Jan-Klod Yunker: "Brexit" Avropa İttifaqının sonunun başlanğıcı deyil"
Digər ölkələr
24 İyun , 2016 15:00
​Avropa İttifaqının rəhbərliyi brexitlə bağlı birgə bəyanat yayıb

Bakı. 24 iyun. REPORT.AZ/ "Böyük Britaniyanın Avropa İttifaqından (Aİ) çıxması haqqındada tezliklə ərizə təqdim edəcəyini gözləyirik".

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə Avropa Komissiyasının sədri Jan-klod Yunker, Avropa Şurasının sədri Donald Tusk, Avropa parlamentinin sədri Martin Şults və Aİ-yə sədrlik edən Niderlandın baş naziri Mark Ryüttenin birgə bəyanatına vurğulanıb.

Bəyanata əsasən, Aİ Britaniyanın qərarı ilə bağlı eyni mövqedən çıxış edir.

"Brexit" Avropa İttifaqının sonunun başlanğıcı deyil. Britaniya gələcəkdə də Aİ-nin yaxın tərəfdaşı olacaq", - deyə Jan-Klod Yunker söyləyib. 

Qeyd edək ki, iyunun 23-də keçirilən referendumda səsvermədə iştirak edənlərin 52 faizi Böyük Britaniyanın Avropa İttifaqından çıxmasına səs verib.

Son xəbərlər

Orphus sistemi