Yuxarı

Aİ parlamentariləri Tereza Meyin "Brexit" üzrə təkliflərindən narazıdırlar

Aİ parlamentariləri Tereza Meyin "Brexit" üzrə təkliflərindən narazıdırlar
Onlar 4 siyasi fraksiyanın nümayəndələri tərəfindən imzalanmış açıq məktubda Böyük Britaniyanın təkliflərinə narazılıqlarını bildiriblər

Bakı. 10 iyul. REPORT.AZ/ Avropalı parlamentarilər Böyük Britaniyanın Baş naziri Terezy Meyin Avropa İttifaqı (Aİ) vətəndaşlarının "Brexit"dən sonra ölkədəki vəziyyəti ilə əlaqədar təkliflərini bəyənməyiblər. 

Bu barədə "Report" BBC-yə istinadən xəbər verir.

Aİ parlamentinin "Brexit" üzrə danışıqlardakı nümayəndəsi, Belçikanın keçmiş baş naziri Gi Verhofstadt bildirib ki, T.Meyin təklifləri avropalıların gözləntilərini doğrultmayıb. Onun sözlərinə görə, britaniyalı baş nazirin təkliflərinə əsasən, Aİ vətəndaşları Böyük Britaniyada britaniyalıların Avropada əldə edəcəyi hüquqdan daha az hüquqa malik olacaq.

Avropalı parlamentarilər açıq məktubda Böyük Britaniyanın təkliflərinə narazılıqlarını bildiriblər. Açıq məktub parlamentdə səslərin dörddə üçünə sahib 4 siyasi fraksiyanın nümayəndələri tərəfindən imzalanıb.

Qeyd edək ki, iyunun sonlarında T.Mey Böyük Britaniyada yaşayan Aİ ölkələrinin bütün vətəndaşlarına ən azı beşillik müddətə daimi yaşayış icazəsi təmin etməyə hazır olduqlarını bildirib.

Baş nazir fikrini belə izah edib ki, bu status avropalılara Böyük Britaniyanın Avropa İttifaqından çıxışından sonra da Birləşmiş Krallıqda sərbəst yaşamaq, dövlətin təhsil və səhiyyə xidmətlərindən, eləcə də sosial müavinətlərin istifadə etmək hüququ verəcək.

T.Mey bu təkliflərin Aİ ölkələrində yaşayan britaniyalılara da eyni hüquqların veriləcəyi təqdirdə qüvvədə olacağını əlavə edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi