Aİ-nin Suriyaya qarşı sanksiyaların artırılması barədə qərarı qüvvəyə minib

Aİ-nin Suriyaya qarşı sanksiyaların artırılması barədə qərarı qüvvəyə minib Aİ Şurası Suriyaya qarşı sanksiyaların müddətini 2017-ci il iyulun 1-dək uzatmaq qərarına gəlib
Digər ölkələr
28 May , 2016 11:14
Aİ-nin Suriyaya qarşı sanksiyaların artırılması barədə qərarı qüvvəyə minib

Bakı. 28 may. REPORT.AZ/ Avropa İttifaqının Suriyaya qarşı tətbiq etdiyi sanksiyaların müddətinin artırılması barədə qərarı qüvvəyə minir.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə Aİ-nin rəsmi jurnalında məlumat verilib. Jurnalda müvafiq normativ akt nəşr edilib.

Sənəddə qeyd olunub ki, dinc əhaliyə qarşı repressiyalar davam etdiyi müddətdə sanksiyalar qüvvədə qalacaq.

Aİ-nin Suriyaya qarşı sanksiyalarına neft ticarətinə qadağa, investisiyalara məhdudiyyət, Aİ-də Suriya Mərkəzi Bankının aktivlərinin dondurulması, ikili təyinatlı texnologiyaların ticarətinə, eləcə də telefon və internet kommunikasiyalarının monitorinqi və ya bloklaşdırılması üçün lazım olan vasitə və avadanlıqlara embarqo qoyulması daxildir. Bundan əlavə, Suriyadan 200-dən çox fiziki və 70 hüquqi şəxs Aİ-nin "qara siyahısı"na daxil edilib.

Qeyd edək ki, Avropa İttifaqı Şurasının Suriyaya qarşı məhdudlaşdırıcı tədbirlərin müddətinin uzadılması ilə bağlı siyasi qərarı mayın 27-də qəbul edilib.

Son xəbərlər

Orphus sistemi