Yuxarı

AİHM Breyvikin Norveç həbsxanasında saxlanma şəraiti barədə şikayətini rədd edib

AİHM Breyvikin Norveç həbsxanasında saxlanma şəraiti barədə şikayətini rədd edib

Bakı. 21 iyun. REPORT.AZ/ Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) Norveçdəki həbs şəraitinə etiraz etməyə çalışan norveçli terrorçu Anders Breyvikin şikayətini rədd edib.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə AİHM-nin qərarında deyilir.

"Üç hakimdən ibarət komitə məhkumun etirazının yanlış əsaslarla əlaqədar qəbuledilməz olduğunu düşünür", - qərarda deyilir. Məhkəmə bu qərarın yekun olduğunu bildirib.

Qeyd edək ki, A.Breyvik 2011-ci ilin iyul ayında Osloda törətdiyi terror hücumuna görə 21 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. O zaman gənclər düşərgəsinin 77 iştirakçısı terrorçunun qurbanı olmuş, daha 42 nəfər isə müxtəlif dərəcəli xəsarətlər almışdı.

Fyutolf Hansen adı altında cəza çəkən terrorçu digər məhbuslardan təcrid olunduğundan şikayət edib. Avropa hakimləri isə təhlükəli cinayətkarın saxlanma şəraitinin Avropa İnsan Hüquqları Konvensiyasının müddəalarını pozmadığı barədə qərar çıxarıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi