Aİ: "Brexit" sazişində bütün tərəflərin mənafeyi nəzərə alınır

Aİ: "Brexit" sazişində bütün tərəflərin mənafeyi nəzərə alınır Böyük Britaniyanın Avropa İttifaqı (Aİ) üzvlüyündən çıxmasına dair sazişdə hər iki tərəfin mənafeyi əks olunur.
Digər ölkələr
29 Mart , 2019 17:52
Aİ: Brexit sazişində bütün tərəflərin mənafeyi nəzərə alınır
Getty

"Böyük Britaniyanın Avropa İttifaqı (Aİ) üzvlüyündən çıxmasına dair sazişdə hər iki tərəfin mənafeyi əks olunur".

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu Varşavada Polşanın Baş naziri Mateuş Moraveskiy ilə görüşündən sonra Aİ-nin "Brexit" üzrə baş müzakirəçisi Mişel Barnye bildirib.

"Brexit"in hüquqi təhlükəsizliyini təmin edəcək 600 səhifəlik sənəd hazırlamışıq. Həmin sənəd bu gün Böyük Britaniya parlamentində səsə qoyulacaq”, - deyən Aİ rəsmisi sözügedən sazişi hər iki tərəf üçün ən münasib razılaşma adlandırıb.

Baş nazir M.Moraveskiy isə İttifaqın məsələyə ciddi yanaşaraq Böyük Britaniyanın üzvlükdən çıxması prosesinin "altı ay, doqquz ay, on iki ay" uzanmasının onlar üçün məqbul olacağını açıqlayıb: "Böyük Britaniya daha bir təklif irəli sürsə, onu hərtərəfli araşdırarıq. Razılaşma əldə olunmasa belə, daha gərgin danışıqlar aparmağa hazırıq”.

Son xəbərlər

Orphus sistemi