Kubada qasırğa zamanı ölənlərin sayı artıb

Kubada qasırğa zamanı ölənlərin sayı artıb Bakı. 5 fevral. REPORT.AZ/ Kubada qasırğa zamanı ölənlərin sayı artıb.
Digər ölkələr
5 Fevral , 2019 07:53
Kubada qasırğa zamanı ölənlərin sayı artıb

Bakı. 5 fevral. REPORT.AZ/ Kubada qasırğa zamanı ölənlərin sayı artıb.

"Report" xarici mətbuata istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Məlumata görə, ötən həftə Havanada dağıntılara səbəb olan təbii hadisə nəticəsində ağır xəsarət alan 13 nəfərdən daha 2-i xəstəxanada ölüb. Bununla da qasırğa zamanı ölənlərin sayı 6 nəfərə çatıb.

Qeyd edilir ki, qasırğa zamanı Havanadakı bəzi evlər uçub, bəziləri isə ciddi ziyan çəkib. Təbii hadisə ümumilikdə 3500 evə zərər vurub.

Daha əvvəl Kuba Prezidenti Miquel Dias Kanel Bermudes "Twitter"dəki səhifəsində təbii fəlakət nəticəsində 3 nəfərin öldüyünü, 172 nəfərin xəsarət aldığını yazıb.

Son xəbərlər

Orphus sistemi