Ağ Evin dəyəri 15% artıb

Ağ Evin dəyəri 15% artıb 132 otaqlı, 35 hamamlı və 3 liftli kompleks 400 milyon dollar dəyərindədir
Digər ölkələr
27 Yanvar , 2017 12:04
Ağ Evin dəyəri 15% artıb

Bakı. 27 yanvar. REPORT.AZ/ ABŞ-ın 44-cü prezidenti Barak Obamanın dövlət başçısı vəzifəsinə gəldiyi 2009-cu illə müqayisədə Ağ Evin dəyəri 15% artıb.

"Report" "Vesti"yə istinadən xəbər verir ki, ABŞ-ın 45-ci prezidenti Donald Tramp vəzifəsinin icrasına başlayan zamanı 7 hektardan çox sahədə yerləşən, dəyəri 400 milyon dollar olan 132 otaqlı, 35 hamamlı və 3 liftli kompleksin açarlarını qəbul edib.

Bu barədə məlumatlar "Zillow" daşınmaz əmlak üzrə internet-saytında yerləşdirilib. Sayt əmlakı fiziki obyektlər və onların vəziyyəti, ətrafındakılar və bazardakı vəziyyət əsasında qiymətləndirir.

Qeyd edək ki, 100 milyon dollar dəyərə malik olan penthausda da yaşayan D.Tramp daha əvvəl səlahiyyətlərinin icrasına başladıqdan sonra Ağ Evdə çox dəyişiklik edilməyəcəyini, yalnız sensorlu idarəetmənin quraşdırılacağını bildirib.

Son xəbərlər

Orphus sistemi