Yuxarı

Ağ Evin binasında yanğın xəbərdarlığı sistemi işə düşüb

​Ağ Evin binasında yanğın xəbərdarlığı sistemi işə düşüb

ABŞ-ın paytaxtı Vaşinqton şəhərində yerləşən Ağ Evin binasında yanğın xəbərdarlığı sistemi işə düşüb.

“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, həyacan siqnalı mətbuat nümayəndələri üçün nəzərdə tutulan ərazidə qeydə alınıb.

Nəticədə Ağ Evdə və yaxınlıqda yerləşən Eyzenhaur inzibati binasında olan şəxslər də təxliyyə edilib.

Məlumata görə, xəbər yalan çıxıb. Binalar yoxlanıldıqdan bir neçə dəqiqə sonra təxliyyə edilənlərin öz yerlərinə qayıtmasına icazə verilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi