​Ağ evə keçməyə cəhd göstərən şəxs saxlanılıb

​Ağ evə keçməyə cəhd göstərən şəxs saxlanılıb 41 yaşlı şəxsin avtomobilindən silah-sursat aşkar olunub
Digər ölkələr
20 Noyabr , 2014 02:23
​Ağ evə keçməyə cəhd göstərən şəxs saxlanılıb
Bakı. 20 noyabr. REPORT.AZ/ Amerikanın Ayova ştatının sakini Vaşinqtonda Ağ evə keçməyə çalışarkən saxlanılıb.

"Report" xəbər verir ki, bu barədə ABŞ-ın məxfi xidmətinə istinadən "Associated Press" məlumat yayıb.

Məlumatda qeyd olunur ki, 41 yaşlı Ar Cey Kafim zabitə dediyi sözlərdən sonra saxlanılıb. O bildirib ki, "Ayova ştatında kimsə ona Ağ evə getməli olduğunu deyib".

Bundan sonra kişi məxfi xidmət əməkdaşlarına yaxınlıqda saxladığı avtomobili göstərib. Maşına baxış zamanı silah, döyüş sursatı və bıçaq aşkar edilib.

Saxlanılan şəxs hazırda qeyri-qanuni odlu silah gəzdirməkdə ittiham olunur.

Son xəbərlər

Orphus sistemi