Ağ Evin qarşısındakı atışma nəticəsində bir nəfər yaralanıb

Ağ Evin qarşısındakı atışma nəticəsində bir nəfər yaralanıb Silahlı şəxs ağır vəziyyətdə xəstəxanaya çatdırılıb
Digər ölkələr
21 May , 2016 00:10
Ağ Evin qarşısındakı atışma nəticəsində bir nəfər yaralanıb

Bakı. 21 May. REPORT.AZ/ ABŞ paytaxtında, Ağ Evin qarşısında baş vermiş atışma nəticəsində bir nəfər yaralanıb. "Report"un xəbər verir ki, bu haqda "The Washington Post qəzeti"nin elektron versiyası məlumat yayıb.

Məlumata görə, ABŞ Prezidentinin Məxfi Xidmətinin əməkdaşının Ağ Evin binasının yaxınlığındakı buraxılış məntəqəsində güllələdiyi silahlı şəxs ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. 

Prezident Barak Obamanın paytaxtda olmadığı, Endryus hərbi hava bazasında qolf oynadığı bildirilir. Lakin vitse-prezident Co Bayden hadisə zamanı işdə olub. 

Hüquq-mühafizə orqanları hadisə yerinə cəlb olunub. Ağ Evin damına snayperlər yerləşdirilib.

"USA Today" qəzetinin məlumatına görə atəş səsləri təxminən, dövlət başçısının işçi iqamətgahının və Duayt Eyzenhauerin icraçı ofisinin binası yaxınlığında eşidilib.

Son xəbərlər

Orphus sistemi