Ağ Ev yaxınlığında avtomobildəki bombanı partlatmaqla hədələyən şəxs tutulub

Ağ Ev yaxınlığında avtomobildəki bombanı partlatmaqla hədələyən şəxs tutulub Ağ Evin mühafizəsi, habelə yaxınlıqdakı bir neçə küçədə təhükəsizlik tədbirləri gücləndirilib
Digər ölkələr
19 Mart , 2017 09:19
Ağ Ev yaxınlığında avtomobildəki bombanı partlatmaqla hədələyən şəxs tutulub
Foto: ero vostok

Bakı. 19 mart. REPORT.AZ/ Vaşinqtonda sürücülərdən biri Ağ Evin qarşısına gələrək avtomobildə partlayıcı maddənin olduğunu bildirib.

"Report" xəbər verir ki, bu barədə "CNN" məlumat yayıb.

Məlumata görə, hadisə ABŞ prezidenti iqamətgahının nəzarət-buraxılış məntəqəsi yaxınlığında baş verib. Agentliyi bilgiləndirən mənbənin sözlərinə görə, həmin şəxs saxlanılıb. Onun avtomobiil isə hazırda yoxlanılır.

Xəbəri Ağ Evin nümayəndələri dəqiqləşdirmək mümkün olmayıb. Lakin binanın mühafizəsi, habelə Ağ Ev yaxınlığındakı bir neçə küçədə təhükəsizlik tədbirləri gücləndirilib və yollar vəziyyətə aydınlıq gətirilənə kimi bağlanılıb.

Avtomobildə hər hansı partlayıcı qurğunun olması xəbəri təsdiq olunmayıb.

Son xəbərlər

Orphus sistemi