Yuxarı

Ağ Ev xarici ölkələrə yardımları ixtisar etmir

Ağ Ev xarici ölkələrə yardımları ixtisar etmir

Ağ Ev xarici ölkələrə yardımları milyardlarla dollar ixtisar etmək barədə təklifi qəbul etməyib.

“Report” “Politico”ya istinadən xəbər verir ki, bir çox mənbələrə görə bu fikir Konqres üzvləri tərəfindən mənfi qarşılanıb. Belə ki, istər Senat, istərsə də Nümayəndələr Palatasının üzvləri administrasiyanın bu təşəbbüsü nəticəsində iyul ayında əldə edilmiş büdcə razılaşmasının sual altında qalacağını irəli sürüblər.

Qeyd edək ki, prezident Donald Tramp xarici ölkələrə bir sıra maddələr üzrə milyardlarla dollar məbləğindəki yardımları ixtisar etməklə bağlı dəfələrlə məsələ qaldırsa da, bu, millət vəkilləri tərəfindən qəbul olunmayıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi