​Ağ ev Suriya səbəbindən Rusiyanın təcrid edilə biləcəyini istisna etmir

​Ağ ev Suriya səbəbindən Rusiyanın təcrid edilə biləcəyini istisna etmir "Bu nəticələr daha dərin ola bilər"
Digər ölkələr
2 Oktyabr , 2015 02:34
​Ağ ev Suriya səbəbindən Rusiyanın təcrid edilə biləcəyini istisna etmir

Bakı. 2 oktyabr. REPORT.AZ/ Ağ ev istisna etmir ki, Suriya hadisələrinin Rusiya üçün diplomatik nəticələri ola bilər, eləcə də bu, onun beynəlxalq təcridinə gətirib çıxara bilər.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə Ağ evin mətbuat katibi Coş Ernest məlumat verib.

"Bu, beynəlxalq ictimaiyyət tərəfindən tətbiq edilə biləcək adi diplomatik qadağalardan daha dərin bir nəticə ola bilər…Mən bunu qəti istisna etmirəm", — deyə Ernest bildirib.

O əlavə edib ki, belə nəticələrə o beynəlxalq təcridi də aid edir.

Rusiya sentyabrın 30-da Suriyada "İraq-Şam İslam Dövləti" terror qruplaşmasına qarşı hərbi əməliyyatlara başlayıb.

Son xəbərlər

Orphus sistemi