Bakı. 18 sentyabr. REPORT.AZ/ Ağ ev şənbə günü Suriyada Qərb koalisiyası tərəfindən endirilən hava zərbəsindən sonra yerli hərbçilərin ölümü ilə bağlı təəssüf hissini ifadə edib.
"Report" xəbər verir ki, bu barədə ABŞ-ın Prezident Administrasiyası nümayəndəsinə istinadən "Associated Press" məlumat yayıb.
ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiya təyyarələri Suriyanın Deyr-əz-Zor şəhərinin eyniadlı əyalətində hökumət qüvvələrinə havadan 4 zərbə endirib.
Hücum nəticəsində Suriya ordusunun 62 hərbçisi ölüb, 100 nəfər yaralanıb.