Ağ Ev: Putinlə Trampın Hamburqda görüşü istisna edilmir

Ağ Ev: Putinlə Trampın Hamburqda görüşü istisna edilmir "Rusiya ilə hansı dərəcədə problemlərin həlli üzrə işləyə bilərik" - deyə Şon Spayser bildirib
Digər ölkələr
23 İyun , 2017 23:02
Ağ Ev: Putinlə Trampın Hamburqda görüşü istisna edilmir

Bakı. 23 iyun. REPORT.AZ/ Ağ Ev Rusiya prezidenti Vladimir Putinin ABŞ-ın dövlət başçısı Donald Trampla G7 sammitində görüşəcəyini istisna etmir.

"Report"un məlumatına görə, bu barədə "Reuters" xəbər verib. 

Ağ Evin nümayəndəsi Şon Spayser brifinqdə dövlət başçılarının görüşünü istisna etməyib.

"Rusiya ilə hansı dərəcədə problemlərin həlli üzrə işləyə bilərik. Əgər iradə və istəyi görsək, biz bunu istərdik", - deyə o bildirib.

Bununla yanaşı, Spayser qeyd edib ki, Vaşinqton Moskva ilə üç sahədə əməkdaşlıq etmək istəyir.

Qeyd edək ki, G20 sammiti iyulun 7-8-də Almaniyanın Hamburq şəhərində keçiriləcək.

Son xəbərlər

Orphus sistemi