Yuxarı

Ağ Ev KXDR-in Penslə görüşü ləğv etdiyini təsdiqləyib

Bakı. 21 fevral. REPORT.AZ/ ABŞ-ın vitse-prezidenti Mayk Pensin aparatının rəhbəri Nik Ayers Şimali Koreyanın nümayəndələrinin Pxençxanda keçirilən Olimpiadada onun rəhbəri ilə görüşü ləğv etdiklərini təsdiqləyib.

"Report" xəbər verir ki, bu barədə "NBC" məlumat yayıb.

"Onlar görüşdən imtina etdilər. Ola bilər ki, danışıqlar stoluna oturmaq üçün heç vaxt səmimiyyətə hazırlanmayıblar", - deyə Ayers qeyd edib.

Onun sözlərinə görə, əvvəlcə Şimali Koreya vitse-prezidentin daha çox yumşaq fikir bildirəcəyi, sonra öz təbliğatçılıq hədəflərində bundan istifadə edəcəyi ümidi ilə görüşü təxirə salıb.

Daha əvvəl "The Washington Post" yazıb ki, Pens Seulda KXDR liderinin bacısı Kim Yo Çjonla görüşməli idi. Lakin amerikalı siyasətçinin Pxenyanın ünvanına kəskin fikirləri səbəbindən görüş son anda Şimali Koreya tərəfindən ləğv edilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi