Ağ Ev Konqresdən koronavirusa görə 2,5 milyard ABŞ dolları istədi - YENİLƏNİB

Ağ Ev Konqresdən koronavirusa görə 2,5 milyard ABŞ dolları istədi - YENİLƏNİB Ağ Ev ABŞ Konqresinə yeni koronavirusun yayılması ilə mübarizə aparmaq üçün 2,5 milyard ABŞ dolları həcmində vəsaitin ayrılması ilə bağlı sorğu göndərib.
Digər ölkələr
25 Fevral , 2020 06:20
Ağ Ev Konqresdən koronavirusa görə 2,5 milyard ABŞ dolları istədi - YENİLƏNİB

Ağ Ev ABŞ Konqresinə yeni koronavirusun yayılması ilə mübarizə aparmaq üçün 2,5 milyard ABŞ dolları həcmində vəsaitin ayrılması ilə bağlı sorğu göndərib.

“Report” xəbər verir ki, bu barədə Ağ Evin İnzibati Büdcə İdarəsinin yaydığı açıqlamada bildirilir.

“ABŞ rəhbərliyi bu gün (bazar ertəsi - Red) peyvəndin hazırlanmasını sürətləndirmək, xəstəliklərə qarşı mübarizəni gücləndirmək və ən çox təlabat olan avadanlıq və ləvazimatların alınması üçün Konqresə 2,5 milyard ABŞ dolları həcmində əlavə maliyyə planı göndərib”.

Eyni zamanda, planda vaksinin hazırlanmasına təxminən 1 milyard ABŞ dolları vəsaitin ayrılması da nəzərdə tutulur.


22:23***24.02.2020

Ağ Ev bu həftə ABŞ Konqresinə yeni koronavirusun yayılması ilə mübarizə aparmaq üçün təcili yardım fondundan 1 milyard ABŞ dolları həcmində vəsaitin ayrılması ilə bağlı sorğu göndərəcək.

“Report” “TASS”a istinadən xəbər verir ki, bu barədə “Washington Post” qəzeti planlaşdırma ilə məşğul olan üç işçiyə istinadən məlumat yayıb.

“Təfərrüatlar hələ də razılaşdırılır. Yaxın günlərdə təxminən 1 milyard ABŞ dolları ayrılması üçün Konqresə sorğu göndərilməlidir” deyə nəşr qeyd edib.

“Politico” nəşri isə bildirib ki, bu vəsait peyvəndin hazırlanması və laboratoriya testlərinin aparılması üçün istifadə ediləcək.

Son xəbərlər

Orphus sistemi