Yuxarı

Ağ Ev Kim Çen Inın məktubuna cavab verib

Ağ Ev Kim Çen Inın məktubuna cavab verib
© Foto: "AP"

Bakı. 2 avqust. REPORT.AZ/ Amerika tərəfi KXDR lideri Kim Çen Inın ABŞ prezidenti Donald Trampa ünvanladığı məktuba cavab verib.

"Report" "Reuters"ə istinadən xəbər verir ki, bu barədə Ağ Evin nümayəndəsi Sara Sanders bildirib.

"Biz sədr (KXDR lideri-red) Kimin prezidentə (Trampa-red) məktubuna cavab verdik. O, tezliklə çatdırılacaq", - deyə Sanders bildirib.

Onun sözlərinə görə, məktub Sinqapurdaki sammitdə liderlərin üzərinə götürdükləri öhdəliklərə dair birgə bəyanata həsr olunub.

Sara Sanders həmçinin qeyd edib ki, Amerika prezidentinin Kim Çen Inla görüşü barədə bəyanatına baxmayaraq, hazırda iki liderin qrafikində belə bir görüş yoxdur.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Bu xəbər həm də başqa dillərdə mövcuddur:

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi