​Ağ Ev: ABŞ Rusiyanın təcrid edilməsi kursunu davam etdirəcək

​Ağ Ev: ABŞ Rusiyanın təcrid edilməsi kursunu davam etdirəcək "Obama Putin rejiminin təcridinə bundan sonra da imkan yaradacaq"
Digər ölkələr
3 Fevral , 2015 08:36
​Ağ Ev: ABŞ Rusiyanın təcrid edilməsi kursunu davam etdirəcək

Bakı. 3 fevral. REPORT.AZ/ Ağ ev təmsilçisi Coş Ernest bəyan edib ki, Birləşmiş Ştatlar Rusiyanın təcrid edilməsi kursunu davam etdirmək niyyətindədir.

"Report" "RİA Novosti"ə istinadən xəbər verir ki, Ernestin bildirdiyinə görə, ABŞ prezidenti Barak Obamanın bununla bağlı mövqeyi dəyişməyib.

C.Ernest qeyd edib ki, o, Rusiyada Putin rejiminin təcridinə bundan sonra da imkan yaradacaq.

Bundan əlavə, Ağ ev nümayəndəsi bildirib ki, ABŞ-ın Rusiyaya qarşı strategiyası uğurludur. Ernestin sözlərinə görə, sanksiyalar Rusiya iqtisadiyyatının süqutuna gətirib çıxarıb.

Son xəbərlər

Orphus sistemi