Ağ Ev: ABŞ-ın Türkiyədən idxal etdiyi mallara rüsumları qaldırması, ölkənin milli təhlükəsizliyi ilə bağlıdır

Ağ Ev: ABŞ-ın Türkiyədən idxal etdiyi mallara rüsumları qaldırması, ölkənin milli təhlükəsizliyi ilə bağlıdır Bakı. 16 avqust. REPORT.AZ/ Türkiyədən idxal edilən polad və alüminium üçün rüsumların qaldırılması ABŞ-ın milli təhlükəsizliyi ilə bağlıdır.
Digər ölkələr
16 Avqust , 2018 08:17
Ağ Ev: ABŞ-ın Türkiyədən idxal etdiyi mallara rüsumları qaldırması, ölkənin milli təhlükəsizliyi ilə bağlıdır

Bakı. 16 avqust. REPORT.AZ/ Türkiyədən idxal edilən polad və alüminium üçün rüsumların qaldırılması ABŞ-ın milli təhlükəsizliyi ilə bağlıdır. 

"Report" xəbər verir ki, bu barədə jurnalistlərə Ağ evin rəsmisi Sara Sanders həftəlik brifinq zamanı deyib. 

Onun sözlərinə görə, rüsumlar hətta Türkiyədə FETÖ terror təşkilatı ilə əlaqələrə görə həbs olunmuş amerikalı keşiş Bransonun azadlığa çıxacağı təqdirdə də ləğv olunmayacaq.  

Lakin Sanders deyib ki, keşişin və ABŞ-ın nəzərdə tutduğu digər şəxslərin azadlığa çıxacağı təqdirdə ABŞ sanskiyaların ləğvini nəzərdən keçirə bilər. 

O əlavə edib ki, Vaşinqtonda Türkiyə iqtisadiyyatında baş verən proseslər diqqətlə izlənilir. 

Son xəbərlər

Orphus sistemi