Ağ Ev ABŞ-da keçirilmiş prezident seçkisində saxtakarlıq barədə sübutların olduğunu açıqlayıb

Ağ Ev ABŞ-da keçirilmiş prezident seçkisində saxtakarlıq barədə sübutların olduğunu açıqlayıb D.Trampın məsləhətçisi: "ABŞ seçkilərdə buna haqqı olmayanların səs verməsinə görə dəhşət içində olmalıdır"
Digər ölkələr
13 Fevral , 2017 10:09
Ağ Ev ABŞ-da keçirilmiş prezident seçkisində saxtakarlıq barədə sübutların olduğunu açıqlayıb

Bakı. 13 fevral. REPORT.AZ/ Ağ Ev ABŞ-da keçirilmiş prezident seçkisində saxtakarlıq edilməsi ilə bağlı çoxsaylı faktlara malikdir.

"Report" xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Trampın siyasi məsələlər üzrə baş məsləhətçisi Stiven Miller ABC telekanalına verdiyi müsahibəsində bildirib.

"Ağ Ev seçkidə saxtakarlığa dair çoxsaylı faktlar üzə çıxarıb. Söhbət birdən çox ştatda yaşayan insanların səs verməsindən gedir. Eyni zamanda, artıq ölənlərin və ümumiyyətlə, ABŞ vətəndaşı sayılmayan şəxslərin də seçkidə səs verdiyi faktını ortaya çıxarmışıq", - deyə S.Miller vurğulayıb.

S.Miller yaranmış vəziyyəti qalmaqal adlandırıb və bildirib ki, ABŞ seçkilərdə buna haqqı olmayanların səs verməsinə görə dəhşət içində olmalıdır.

Xatırladaq ki, ABŞ-da prezident seçkisi 2016-cı il noyabrın 8-də keçirilib, bu siyasi kampaniyada respublikaçı Donald Tramp qələbə qazanıb.

Son xəbərlər

Orphus sistemi