Yuxarı

Afrindəki partlayışda ölənlərin sayı 11 nəfərə çatıb - YENİLƏNİB

Afrindəki partlayışda ölənlərin sayı 11 nəfərə çatıb - YENİLƏNİB
Partlayışlar “Ziraat Kavşağı” və “Şatolar Caddesi”ndə baş verib

Bakı. 27 iyun. REPORT.AZ/ Suriyanın Hələb əyalətinin Afrin rayonunda silsilə partlayışlar nəticəsində ölənlərin sayı 11 nəfərə çatıb. 

“Report” “Haber7”yə istinadən xəbər verir ki, partlayış nəticəsində 15 nəfər yaralanıb. 

Bildirilib ki, partlayışın məsuliyyətini terrorçu PKK qruplaşması öz üzərinə götürüb.


*** 16:28

Suriyanın Hələb əyalətinin Afrin rayonunda silsilə partlayışlar nəticəsində 6 nəfər ölüb, 20 nəfər yaralanıb.

“Report” “Gazetevatan”a istinadən xəbər verir ki, Afrinin mərkəzində bomba yüklənmiş iki avtomobil partladılıb.

Partlayışlar “Ziraat Kavşağı” və “Şatolar Caddesi”ndə baş verib. Bu hücumun məsuliyyətini üzərinə götürən hələ ki, yoxdur.

Partlayışın səbəbi araşdırılır.

Qeyd edək ki, Türkiyə Silahlı Qüvvələri və Azad Suriya Ordusu “Zeytun budağı” əməliyyatı nəticəsində martın 18-də Afrini terrorçu PKK/YPG-PYD qruplaşmasından azad edib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi