Afrikada otelə hücum nəticəsində 20 nəfər ölüb - YENİLƏNİB - VİDEO

Afrikada otelə hücum nəticəsində 20 nəfər ölüb - YENİLƏNİB - VİDEO Terror aktına görə məsuliyyəti "Əl-Qaidə" öz üzərinə götürüb
Digər ölkələr
16 Yanvar , 2016 05:15
Afrikada otelə hücum nəticəsində 20 nəfər ölüb - YENİLƏNİB - VİDEO

Bakı. 16 yanvar. REPORT.AZ/ Burkina-Fasonun paytaxtında yerləşən "Splendid" mehmanxanasına silahlı hücum nəticəsində 20 nəfər həyatını itirib.

"Report" "Reuters"ə istinadən xəbər verir ki, bu barədə Uaqaduqu şəhər xəstəxanalarından birinin direktoru hadisə şahidləri ilə söhbəti zamanı bildirib.

O, həmçinin qeyd edib ki, 15 nəfər odlu silah yarası və travma alıb.

"Twitter"də yayılan məlumatlara görə, terror aktına görə məsuliyyəti "Əl-Qaidə" terror təşkilatı öz üzərinə götürüb.

***02:58

Qərbi Afrikada yerləşən Burkina-Fasonun paytaxtı Uaqaduqu şəhərində "Splendid" mehmanxanasına silahlı hücum olub.

"Report" BBC-yə istinadən xəbər verir ki, otel paytaxtın işgüzar dairəsində yerləşir.

Şahidlərin sözlərinə görə, yaraqlılar otel qarşısındakı maşınları yandırıblar, həmçinin hüquq-mühafizə orqanları əməkdaşları hadisə yerinə gəlincəyədək havaya atəş açıblar.

"Reuters"in məlumatına görə, mehmanxana qarşısında şiddətli atışma baş verib. Otelin beynəlxalq aeroport yaxınlığında yerləşdiyi bildirilir. Mənbələrdən daxil olan məlumata görə, otelə təqribən 3-4 yaraqlı hücum edib.

Terrorçuların oteldə insanları girov götürdüyü də məlumat verilir.

Son xəbərlər

Orphus sistemi